Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Vasif Talıbov Türkiyənin Naxçıvana yeni təyin olunmuş konsulunu qəbul edib – FOTO

Vasif Talıbov Türkiyənin Naxçıvana yeni təyin olunmuş konsulunu qəbul edib – FOTO

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulayıb.

Məhmət Emin Kiraz səmimi qəbula görə minnətdarlıq edib, qardaş ölkə Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib.

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …