Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / Vasif Talıbov Soli ilə görüşdü – Foto

Vasif Talıbov Soli ilə görüşdü – Foto

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışıb. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunub, turizm potensialını diqqətə çatdırıb.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Ermənistanın keçmiş KQB rəhbəriylə görüşdə ona dedim ki…”

“David Şahnazaryanı yaxşı tanıyaram. O, ağıllı olsa da, çox vicdansız adamdır. Onun üçün əsas uğur …