Çərşənbə , İyul 8 2020
Ana səhifə / Siyasət / Vasif Talıbov: “Bu gün hər kəs ordumuzla qürur duyur”

Vasif Talıbov: “Bu gün hər kəs ordumuzla qürur duyur”

“Bu gün Ulu Öndərimizin ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu dünyanın güclü orduları sırasında öz yerini tutub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanı ilə 5 saylı ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb”.

Azinforum.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

Ali Məclis Sədrinin sözlərinə görə, son illər muxtar respublikada ordu quruculuğu sahəsində görülən tədbirlər, Günnüt əməliyyatı, Sədərək rayonunda torpaqların işğaldan azad olunması, sərhədlərin möhkəmləndirilməsi və digər tədbirlər bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması və fəaliyyəti mühüm əhəmiyyətə malikdir:

“Bütün bunlar ölkə Prezidentinin muxtar respublikanın müdafiə təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikada mərkəzi qərargah və təlim-tədris mərkəzi təşkil edilib, Silahlı Qüvvələrimizin Naxçıvandakı bütün ordu, birləşmə və hissələrinin daxil olduğu Naxçıvan Hərbi Qarnizonu formalaşıb, vahid fəaliyyət proqramı müəyyənləşdirilib. 26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu gün hər kəs ordumuzla qürur duyur, Silahlı Qüvvələr Günü bayram kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Hərbi Qarnizonunun rəisi Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik ali hərbi rütbəsi verilib, digər Sərəncamla isə 5 zabit orden və medallarla təltif olunub”.

Həmçinin oxuyun

“Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm”

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, …