Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Vaqif Mustafayev baş redaktoru işdən azad etdi – AÇIQLAMA

Vaqif Mustafayev baş redaktoru işdən azad etdi – AÇIQLAMA

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb.
Elman Gədikli unikal.org-a işdən azad olunmasını təsdiqləyib. O, bildirib ki, öz ərizəsi ilə işdən azad olunub: “Qardaşım rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasnı dəyişdi. 11 il idi “Space”-də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra Əməkdar Jurnalist olaraq ölkədki KİV-lərin birində çalışacağam”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın