Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət /  Vaqif Dərgahlı:  “Ermənilər öz itkilərini pərdələmək üçün dövriyyəyə qurama videolar buraxırlar”

 Vaqif Dərgahlı:  “Ermənilər öz itkilərini pərdələmək üçün dövriyyəyə qurama videolar buraxırlar”

Ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyidlərini və vurulmuş pilotsuz uçuş aparatının (PUA) görüntüsü quramadır.

Bunu “AzeriDefence”yə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Bunun erməni tərəfinin öz itkilərini pərdələmək üçün “dejurnı” videolarından olduğunu deyən polkovnik Dərgahlı bildirib ki, videoda yer alan kadrlarda ciddi səhvlər var.

Belə ki, videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hansı ki, hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.

Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin inventarında mövcud deyil: “Azərbaycan Ordusunda bu PUA modeli mövcud deyil. Bu videonu haradan götürüb bir birinə calaq ediblər bilinmir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın