Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Vahid Ələkbərov çimərliyi özəlləşdirməyə hazırlaşır

Vahid Ələkbərov çimərliyi özəlləşdirməyə hazırlaşır

Moskva çayı sahilindəki Serebryannıy Bor çimərliklərinin bir hissəsini azərbaycanlı neft maqnatı Vahid Ələkbərov özəlləşdirməyə çalışır.

Virtualaz.org saytı RBC agentliyinə istinadən xəbər verir ki, çayın sahilində 1 hektara yaxın ərazi xüsusi mühafizə olunan təbiət ərazisi statusundan məhrum edilib.

Bu ərazi Vahid Ələkbərov tərəfindən icarəyə götürülmüşdü. İndi bütün prosedurların tamamlanmasından sonra “LUKoil” prezidenti həmin çimərlik sahəsini özəlləşdirə bilər.

Moskva meriyasının əmlak departamentindən təsdiq ediblər ki, həmin ərazini Vahid Ələkbərov 2052-ci ilə qədər icarəyə götürüb. Onun Moskva çayı sahilində 1,5 hektar ərazidə yerləşən iki villası var. İndi ərazinin özəlləşdirilməsindən sonra Ələkbərovun bu mülklərinin qiyməti 20 dəfə arta bilər.

Ələkbərovla yanaşı digər rusiyalı oliqarxların çoxunun Serebryannıy Borda villaları var. Onlar uzunmüddətli icarəyə götürdükləri ərazidə mülklər tikiblər.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın