Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Vəzifəyə gedən deputatları kim əvəzləyəcək?

Vəzifəyə gedən deputatları kim əvəzləyəcək?

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, MM-in mayın 1-də keçiriləcək iclasında Gənclər və idman komitəsində boşalan yerlərə deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …