Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vətəndaşlığı olmayanların Azərbaycanda qalma qaydalarında dəyişiklik

Vətəndaşlığı olmayanların Azərbaycanda qalma qaydalarında dəyişiklik

Nazirlər Kabineti tərəfindən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.
Azinforum.az Nazirlər Kabinetindən  verilən məlumata görə,  bildirir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketə aşağıdakı məzmunda bəndlər əlavə edilib:
– Azərbaycan prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün ölkə vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;
– Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın