Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaq

Vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaq

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq.
APA-nın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsində təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən 168-1.2 maddəsinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın