Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / “Vətən müharibəsində ordumuzun zəfəri hələ də bir çox dövlətə reallığı dərk etməyə imkan vermir”
????????????????????????????????????

“Vətən müharibəsində ordumuzun zəfəri hələ də bir çox dövlətə reallığı dərk etməyə imkan vermir”

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker bəyan edib ki, Vaşinqton Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləməyə davam edəcək. ABŞ rəsmisi sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub.

F.Rikerin sözlərinə görə, Amerikalı həmsədr Endryu Şofer hazırda Cenevrədə səfərdədir və öz rollarına necə qayıda biləcəklərini görmək və diplomatik həllə nail olmaq üçün irəliləyiş əldə etməyə çalışmaq üçün digər həmsədrlərlə birlikdə Azərbaycana, Ermənistana səfər edəcək: “Biz Avropada – Ukraynada, Moldovada və Gürcüstandakı uzun münaqişələri, həmçinin, Dağlıq Qarabağ münaqişəsini ATƏT-in diqqət mərkəzində saxlayacağıq. Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və möhkəm həllinin axtarışı üçün Minsk Qrupunun həmsədrlərindən istifadə etməyə davam edəcəyik. Hərbi əməliyyatların dayandırılması yalnız ilk addımdır. İstənilən möhkəm həll Helsinki Yekun Aktında yer alan prinsiplərə əsaslanmalıdır. Vaşinqton, həmçinin, Moskva və Parislə işləyir. Vaşinqtonun Rusiyanın tətbiq etdiyi atəşkəslə, habelə Türkiyənin rolu ilə bağlı çox sayda sualı var”.

Məlum olduğu kimi, ABŞ münaqişənin tənzimlənməsində passiv olub. İndi də Riker deyir ki, Vaşinqtonun Rusiyanın tətbiq etdiyi atəşkəslə, o cümlədən, Türkiyənin rolu ilə bağlı çox sayda sualı var. Bu nə deməkdir? 

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupu 28 il ərzində münaqişənin dinc yolla həll olunmasına nail olmağı bacarmadı: “Azərbaycan dövləti və xalqı ona görə bu işğal faktına dözürdü ki, bəlkə əllərində bütün imkanları olan böyük üçlük olan dövlətlər Ermənistanı sülhə məcbur edə bilər. Bu illər ərzində böyük üçlük – ABŞ, Rusiya, Fransa Ermənistanı nəinki sülhə məcbur etdilər, əksinə, işğalçı ölkəyə hərbi, diplomatik, iqtisadi sahələrdə dəstək oldular. Adını da qoydular ki, biz  “beynəlxalq hüquqa” əsasanıb sülhü təmin edəcəyik. Daha neçə il gözləməliydik? Vətən müharibəsində Azərbaycan Ordusunun zəfəri hələ də bir çox dövlətə reallığı dərk etməyə imkan vermir. Azərbaycanın qardaş Türkiyə, qonşu Rusiya ilə bölgədə yeni təhlükəsizlik formatını yaratması, təbii ki, bu formatdan kənar qalan dövlətləri qıcıqlandırır. Fransadan sonra Amerika rəsmilərinin ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən “diriltmək” cəhdləri bu günün reallığını əks etdirmir. Düşüncəmə görə, Amerikanın seçilmiş yeni administrasiyası bölgənin həssaslığını nəzərə alaraq, öz nüfuzunu qorumaq üçün sərgilədiyi mövqeyi davam etdirəcək. Bunu zaman göstərəcək. Ona görə də diplomatiya sahəsində çevikliyi artırmalıyıq. Qazandığımız uğurları, qələbəni gələcəyə daşımağımız üçün bu birliyi qorumalıyıq. Düzdür, bölgədə davamlı sülhün təmin olunması üçün qarşıda bizi daha böyük işlər gözləyir. Azərbaycan dövləti olaraq çalışmalıyıq ki, bütün sahələrdə gücümüzü artıraq ki, bölgədə təzyiqlərə məruz qalmayaq. Elə bu qələbədən dərhal sonra Fransanın, indi də Amerikanın mövqeyi onu deməyə əsas verir ki, bölgədə münaqişə ocağının uzun müddət davam etməsi bu dövlətlərin marağında olub”.

Sədr müavini hesab edir ki, Azərbaycan əvvəlki reallıqları tamam dəyişdi. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …