Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Uzun müddət Rusiyanın təkliflərini qulaqardına vurduq, indi isə istəyirik ki, bizi xilas etsin”

“Uzun müddət Rusiyanın təkliflərini qulaqardına vurduq, indi isə istəyirik ki, bizi xilas etsin”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar strategiyasını şərti olaraq iki dövrə bölmək olar. Birinci dövr 1991-1998, ikinci dövr isə 1998- 2020-ci illəri əhatə edir. Bu iki dövr arasında həlledici fərqi görmək olar”.

Bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri, Ermənistan xarici işlər nazirinin sabiq müavini Jirayr Liparityan Kaliforniya Universitetinin Ermənistan Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda çıxış edərkən deyib.

J.Liparityanın çıxışının tam mətni Armenian Mirror Spectator nəşrində dərc edilib.

“Ter-Petrosyanın rəhbərlik etdiyi birinci dövrdə münaqişə üzrə siyasət onun həlli yollarının fəal axtarışı ilə bağlı idi. İkinci- Koçaryan, Sarqsyan və Paşinyan dövründə vəzifə status-kvonun saxlanmasından ibarət idi”, – deyə Jirayr Liparityan bildirib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun və xüsusən Rusiyanın təkliflərinə uzun müddət məhəl qoymayıb: “İndi bizi xilas etmək üçün onlara müraciət edirik. Özü də bizim şərtlərlə”.

Liparityan hesab edir ki, nizamlama üzrə danışıqların uğursuzluğuna səbəb olan bir çox amillər var. Onların sırasında o, erməni diasporunu göstərib: “Diasporanın mövqeyinin, yumşaq desək, Ermənistandakı vəziyyətin real qiymətləndirilməsindən uzaq, maksimalist olduğunu bildirsəm, yanılmaram”.

“Azərbaycan əmin idi ki, neft gəlirləri hesabına beynəlxalq dəstək əldə etmək və hərbi əməliyyatlara başlamaq mümkün olacaq. Erməni tərəfi isə öz diasporunu Azərbaycan puluna ekvivalent sayırdı”, – deyə Liparityan bildirib.

Ter-Petrosyanın keçmiş müşaviri, həll planı təklif edərək, bölgədə təsirlərini maksimum dərəcədə artırmağa çalışan ABŞ və Rusiyanın rolunu da qeyd edib: “Nəticə səmərəsiz vasitəçilik oldu”. Virtualaz.org

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …