Ana səhifə / Siyasət / Usubov nöqsana görə qovulan polis rəisinə yeni vəzifə verdi – DİN-də növbəti dəyişiklik

Usubov nöqsana görə qovulan polis rəisinə yeni vəzifə verdi – DİN-də növbəti dəyişiklik

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki,  2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.

APA

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın