Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “Uşaqlar da, müəllimlər də iyunda məktəbə getməyə hazır deyil” – Dərs ilinin vaxtı dəyişdirilir?

“Uşaqlar da, müəllimlər də iyunda məktəbə getməyə hazır deyil” – Dərs ilinin vaxtı dəyişdirilir?

Artqı neçə ildir ki, daha dəqiq desək dərslər sentyabr ayının 15-dən başlayandan üzü bəri, hər dərs ilinin sonuna yaxın növbəti dərs ilinin müddəti ilə bağlı müxtəlif fikirlər, təkliflər səsləndirilir. Bu il də dərslərin başlanma və bitmə vaxtı ilə bağlı yeni fikirlər ortaya atılıb. Təklif olunur ki, dərs ilinin müddəti yenidən əvvəlki illərdə olduğu kimi tətbiq edilsin. Yəni dərslər sentyabr ayının 1-i başlayıb, mayın 25-i sona çatsın.
Maraqlıdır, bu təkliflər, yəni yenidən əvvəlki sistemə qayıtmaq nə qədər effektli olar?
Moderator.az-ın mövzu ilə bağlı sualını tanınmış təhsil eksperti, professor Əjdər Ağayev cavablanırıb.
Əjdər Ağayev dərs ilinin müddətinin yenidən dəyişdirilməsini təklif edib:
“Ənənəvi olaraq dərs ilinin sentyarın 1-də başlanması qəbul olunub və Azərbaycanda da uzun illər tətbiq edilib. Lakin sonradan havanın istiləşməsi, məktələrdə sərinləşdirici sistemin, indiki kimi geniş imkanların olmaması  və s. ilə əlaqədar olaraq məsələ qaldırıldı ki, uşaqları istilərdən qorumaq üçün dərs ili sentyabrın 15-də başlasın.
Ancaq ötən il məsələ qaldırıldı ki, dərslərin yenidən sentyabrın 1-də başlayıb, mayın 25-də bitməsi yaxşı olar. Çünki iyunun 15-dək 6-7 yaşlı uşaqlar dərsə gəlməyə dözə bilməyəcəklər, həmin vaxt hava çox isti olur. Dərslərin sentyabrın 15-də başlayıb, iyunun 14-də bitməsi həm psixoloji, həm pedaqoji, həm sosial, həm də ekoloji cəhətdən özünü doğrultmur. Buna görə mən də bu fikrə dəstəyəm ki, gələn ildən dərslər sentyabrın 1-də başlanılsın və mayın axırında da bitsin. Bu, uşaqların psixoloji hazırlığına da müsbət təsir göstərəcək, çünki sentyarın 1-dək xeyli tətil müddəti var, valideynlər də, şagirdlər də o tətildən istifadə edəcəklər. Həm də indi hava çox dəyişkəndir, əvvəlki kimi deyil. Ona görə xüsusilə ibtidai siniflər mayın sonunda dərs ilini başa vurmalıdır, yuxarı siniflər də imtahanlara girməlidir”.
Mütəxəssis olaraq istərdim ki, Təhsil Nazirliyi və əlaqədar qururmlar ənənəvi və qəbul olunmuş, ənənədə özünü doğrultmuş təhsil sisteminə keçsin”.
Professor onu da bildirib ki, həm şagirdlər, həm də müəllimlər iyunda məktəbə getməyə hazır deyil:
“Mən valideynlərlə də söhbət etmişəm, xüsusilə də övladları ibtidai sinifdə oxuyan valideynlərin hamısı dərslərin 25 mayda bitməsini istəyir. Uşaqların özləri də psixoloji cəhətdən iyunun ilk yarısında məktəbə getməyə hazır deyil. Həmçinin müəllimlərin özü də psixoloji cəhətdən buna hazır deyil. Həmin müddətdə şagirdin sadəcə məktəbə gedib-gəlməkdə vaxtı keçəcək, yeni heç bir şey olmayacaq. Ona görə də sistemli, mükəmməl olaraq dərslərin 1 sentyabrda başlayıb mayın sonunda bitməsi ən sərfəli və əhəmiyyətlidir.
Elə hesab edirəm ki, valideynlərin, müəllimlərin, uşaqların bu arzusunu nəzərə alaraq Təhsil Nazirliyi yeni dərs ilinin sentyabrın 1-dən başlayıb, mayın sonunda bitməsini tətbiq edər”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın