Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Universitetdən 500 min manatı 24 yaşlı gənc oğurlayıbmış

Universitetdən 500 min manatı 24 yaşlı gənc oğurlayıbmış

Yanvar ayının 24-də Nərimanov rayon 18-ci polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvünü saxlayıblar. Bu cinayətkar qrup yanvar ayının 9-da Koroğlu Rəhimov küçəsində yerləşən Odlar Yurdu universitetindən 500 000 manat olan seyfi oğurlayıb.

Azinforum.az xəbər verir ki, bu barədə haqqin.az-a Nərimanov rayon Polis İdarəsindən bildiriblər.

Saxlanılan şəxs Sabirabad rayon sakini 1991-ci il təvəllüdlü Ələkbərov Sübhan Əflatun oğludur. Ələkbərovun kimliyi yanvar ayının 22-də müəyyən edilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları onu Nəsimi rayonu ərazisində saxlayıblar.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edib və oğurlanan pulların bir hissəsini istintaqa təhvil verib. Oğrulanan pullardan 55 100 dollar və 23 750 manat onun payına düşüb. Ələkbərov seyfdə ümumilikdə 400 000 manatdan çox pul olduğunu bildirib.

Məlumdur ki, seyf ikinci mərtəbədə prorektor Münir Vəliyevin kabinetində olub. Cinayətkarlar kabinetə pəncərədən giriblər.

Alınan məlumata görə, oğurluq universitet işçilərindən birinin verdiyi məlumatdan sonra törədilib, o da cinayətkar qrup ilə əlbir olduğu üçün qanun qarşısında cavab verməli olacaq.

Qrupda 4 nəfər olub. Hazırda əməliyyatçılar Ələkbərovun əlbirlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirirlər.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın