Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Ümid Partiyasında iki xanıma vəzifə verildi

Ümid Partiyasında iki xanıma vəzifə verildi

Ümid Partiyasında yeni təyinatlar olub. Modern.az-ın məlumatına görə, bu barədə partiya sədrinin 1-ci müavini Ənvər Ağazadə bildirib.

Belə ki, partiya sədri İqbal Ağazadə yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb. Sərəncama əsasən, İlahə Artur qızı Sadıqova Ailə, Qadın, Uşaq Problemləri və Gender bərabərliyi üzrə Ümid Partiyası sədrinin müavini təyin edilib.
İlahə Artur qızı Sadıqova 1986-cı ildə avqust ayının 26-da Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə 196 saylı orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsində təhsil alıb.
2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor köməkçisi, 2014-2015-ci tədris ilindən “Kulturologiya” kafedrasında pedaqoji fəaliyyət göstərib.

Gülgün Əli qızı Məmmədzadə isə Ümid Partiyası İcra Aparatının Ailə, Qadın, Uşaq Problemləri və Gender Bərabərliyi şöbəsinin müdiri təyin edilib.
Gülgün Əli qızı Məmmədzadə 01.01.1996-cı il tarixində Yevlax rayonunun Kövər kəndində anadan olub.
2000-ci ildə Bakı şəhər Buzovna qəsəbəsində Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbində 1-ci sinifə gedib. 11 illik təhsilimi orda bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində 4 il əyani təhsil alıb.
2017-ci ildə “Best mobile” telefon aksesuarları şirkətinin baş ofisində müdir müavini işləyib.

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …