Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ukraynalı pilot Xocalı faciəsi haqda: “Bu, əsl cəhənnəm idi”

Ukraynalı pilot Xocalı faciəsi haqda: “Bu, əsl cəhənnəm idi”

“Xocalı ən qanlı faciə idi, beləsini mən heç filmlərdə də görməmişdim”.

Bunu virtualaz.org saytına ermənilər tərəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliamın canlı şahidi, ukraynalı pilot Leonid Kravets deyib.

Onun sözlərinə görə, o vaxt prezident Ayaz Mütəllibovun xahişi ilə jurnalist Çingiz Mustafayev və xarici jurnalistlərlə birgə onlar faciənin baş verdiyi yerə yollanıblar.

“Bu, əsl cəhənnəm idi. Mən inana bilmədim ki, bunu insanlar törədiblər. Ermənilər bilərəkdən dinc sakinləri öldürmüşdülər. Bütün müharibələrdə qaçqınlara çıxıb getməyə şərait yaradılır, lakin Xocalıda bu edilməmişdi”, – pilot belə deyir.

Kravets qeyd edib ki, gördüklərindən az qala dəli olacaqmış, şokda imiş, halbuki, hərbçi emosiyalarını büruzə verməməyi bacarmalıdır.

“Beynəlxalq ictimaiyyətin bu faciəni tanıyıb-tanımamasından asılı olmayaraq, onun miqyası kiçilən deyil. Heç bir günahı olmayan insanlar öldürülmüşdü”, – Kravets deyib.

O həmçinin bildirib ki, ermənilər onların vertolyotunu vurub salmaq istəyiblər.

“Biz güclə salamat qaldıq, çünki ermənilər bizi fasiləsiz atəşə tutmuşdular. Xocalı qətliamı ən qanlı faciələrdən biri, Azərbaycan xalqının heç zaman sağalmayacaq əbədi yarasıdır”, – ukraynalı pilot belə deyib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın