Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Ukraynalı jurnalist: “Azərbaycan Zəfərə doğru uzun və çətin yol keçib”

Ukraynalı jurnalist: “Azərbaycan Zəfərə doğru uzun və çətin yol keçib”

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi Ukrayna üçün önəmlidir. Azərbaycan bu Zəfərə doğru 30 ilə yaxın uzun və çətin yol keçib.

Bu sözləri ukraynalı jurnalist, “Senzor.net” xəbər portalının baş redaktoru Yuri Butusov söyləyib.

Onun sözlərinə görə, bəzi hegemon xarici ölkələrin təzyiqinə, təxribatlarına baxmayaraq, Azərbaycan çətin problemin uğurlu həllinə nail ola bildi.

“Azərbaycan ötən illər ərzində Qarabağ probleminin həllinə kompleks yanaşdı. Buraya ölkənin siyasi, iqtisadi, sosial və hərbi gücünün artırılması da daxildir. Azərbaycan anladı ki, siyasi və iqtisadi güc olmadan hərbi uğurlar qazanmaq mümkün deyil. Yəni, Azərbaycan düzgün siyasət apardı, düzgün hərbi islahatlar həyata keçirdi”, – deyə Yuri Butusov əlavə edib.
Onun fikrincə, bu uğurlar Azərbaycanın maddi imkanlarının daha çox olması ilə bağlı deyil. Sadəcə, Azərbaycan əldə olunan vəsaiti səmərəli xərcləməyi bacardı. Dünya standartlarına cavab verən investisiya layihələrini reallaşdırdı.
“Azərbaycanın Zəfərdən sonra qısa müddətdə işğaldan azad olunmuş ərazilərində möhtəşəm yenidənqurma və bərpa işlərini aparması insanı təəccübləndirməyə bilməz. Şuşa da daxil olmaqla, bütün Qarabağ nəhəng tikinti meydanına çevrilib. Azərbaycan dövləti Qələbədən sonra düşünülmüş bərpa proqramı həyata keçirir. Ukrayna elitası Azərbaycan təcrübəsindən yararlanmalıdır”, – deyə Yuri Butusov vurğulayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …