Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / “Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur” – NAZİR

“Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur” – NAZİR

“Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur”.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həlli vacibdir.

Nazir Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər 15 milyon avro məbləğində Ukraynaya yardım göstərdiyini bildirib.

Həmçinin oxuyun

Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” …