Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / Ukraynada faşistlər hakimiyyətə gəliblər – Araz Əlizadə

Ukraynada faşistlər hakimiyyətə gəliblər – Araz Əlizadə

AXC TV-nin “Azad meydan” verilişində Ukraynadakı hadisələr müzakirə olunub. Verilişdə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş millət vəkili Araz Əlizadə və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Povlaqrad üzrə təmsilçisi Maqsud Şükürov sualları  cavablandırıb. 

Araz Əlizadə maraqlı açıqlaması ilə diqqət çəkib. O Putinin atdığı addımı haqlı hesab edib: 

“Putində artıq bıçaq sümüyə dirənmişdi. Əgər Ukrayna NATO-ya qəbul olunsaydı, Rusiya demək olar ki, NATO-nun qarşısında tərkisilah olacaqdı. Putin bunu dekabr ayında məktubda açıq demişdi və öz tələblərini qoymuşdu. Lakin ABŞ və onun ətrafındakı çaqqal-çukallar buna məhəl qoymadılar və Putini bu hərbi əməliyyata getməyə məcbur etdilər. Qeyd edim ki, Ukraynada faşistlər hakimiyyətə gəliblər. Ukraynadakı faşistlər öz xalqlarına qarşı min bir zülm edirlər. Artıq  8 ildir ki, Donetsk və Luqansk xalqı bombardman altında yaşayır. İndiyədək 13 mindən artıq adam rəhmətə gedib ki, onların arasında uşaqlar da var.  Minsk danışıqlarında Rusiya Ukraynaya kömək əlini uzatdı. Lakin Ukrayna  “Minsk” müqaviləsini yerinə yetirmədi. Son vaxtlar isə Zelinski bunu yerinə yetirməyəcəyini deyirdi. Xatırlayırsınızsa, 2013-cü ildə Ukrayna təyyarələrlə Donetski bombardman etdi və orada nə qədər uşaq qırıldı. O zamanlarda onlar daim Azov polku və s. ilə Ukraynanı qradla atəşə tuturdular. Minsk də Putin bir növ Ukraynaya xilasedici bir kəmər atdı. Onlara imkan verdi ki, bu ağır vəziyyətdən çıxsınlar. Onlar mühasirə olunmuşdular və Ukrayna ordusu darmadağın ediləcəkdi və onlara oradan çıxmağa imkan yaratdılar. Lakin Poroşenki qayıdan kimi dedi ki, biz bunu yerinə yetirməyəcəyik. Zelinski isə Münhendə deyirdi ki, atom bombası yaratmaq istəyir. Belə olan halda Ukrayna NATO üzvü olsa, Xarkovda ABŞ öz raketlərini qoysa, Bolqarıstanda Ruminiyada və s. olduğu kimi onda  5 dəqiqə ərzində Moskvaya raketlər ata bilərlər. Bu da o deməkdir ki, Rusiya onun qarşsını ala bilməyəcək. Bir daha deyirəm ki, Putində bıçaq sümüyə dirənmişdi. ABŞ da daim deyirdi ki, müharibə olacaq. Ukraynanı silahlandırmaqla bir növ sövq edirdi ki, müharibəyə getsin. Bu zmaan Putinin ayrı çıxış yolu yox idi. Demirəm ki, Putin haqlı edib, Ukraynaya zərbə endirib, amma Putini də başa düşmək olar ki, ayrı çıxış yolu yox idi. 

O, Zelenski hakimiyyətini niyə faşist anladırdığını da əsaslandırdı: “Hitler də hakimiyyətə seçki yolu ilə gəlmişdi. Alman xalqı mitinqlərə çıxırdı, atəş marşları edirdi və onu dəstəkləyirdi. Hitler SSRİ-yə hücum edəndə hamı sevinirdi, digər tərəfdən isə Qərb bunu şirnikləndirirdi. Alman xalqı o boyda Hitleri 42-ci ilə kimi tam dəstəklədi. İnsanların onu dəstəkləməsi, o, demək deyildi ki, o faşist deyildi. Bir daha deyirəm ki, Zelenski hakimiyyətə gələndə 72 faiz ona səs vermişdilər. Çünki sülh prezidenti kimi gəlmişdi, lakin o, sülh prezidenti kimi hərəkət edə bilmədi. Millətçilərin qarşısında sındı və Rusiya ilə düşmənçilik siyasəti yeritməyə başladı. Rusiya 30 ildən artıq idi ki, susurdu. Dəfələrlə dedi ki, NATO-nu inkişaf etdirməyin, bizim sərhədlərimizə yaxınlaşmayın. Qarbaçova söz də vermişdilər ki, bir düyündə olsun Qərb Rusiyaya yaxınlaşmayacaq. Lakin Qərb bunu yerinə yetirmirdi, Putinin sözlərini boş buraxırdı və nəhayət Putin məcbur oldu bu cür addım atdı. Onu bir növ buna təhrik etdilər. Ona görə nahaq Bayden demirdi ki, Rusiya onsuz müharibəyə başalyacaq. Çünki o bilirdi ki, əgər o, olsaydı o da vurardı. 

Ekspert əlavə edib ki, müharibənin baş verməsində Rusiyanın dövlət adamlarının da günahı çox böyükdür: “Rusiya Ukraynaya o qədər güzəşt etdi, hətta o qədər Ukraynanın ucuz qaz verirdi. Lakin ora təyin olunan səfirlər heç nə etmədilər, ancaq özləri üçün pul qazanırdılar. Onlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Rusiyanın iqtidarında olan Ukraynaya  məsul insanlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki onlar imkan verdilər ki, ABŞ və Avropa Birliyi orada at oynatsın. Lakin bir şey də deyim ki, Rusiyanın da əlbəttə ki, ABŞ qədər pulu yox idi ki, 5 milyardlıq ancaq meydan yaratsın, pul xərcləsin.  Rusiyanın özü də əlbəttə ki, bu məsələni boş buraxdı və buna görə də, hadisələr gəlib belə, cərəyan etdi”.  

Araz Əlizadə cənab İlham Əliyevin də bu gün iki dövlət arasında sərgilədiyi siyasətlə bağlı fikirlərini bölüşüb: “Bu gün İlham Əliyev tamamilə doğru tarazlaşdırılmış siyasət yürüdür və bu münaqişədə neytral qalıb. Hətta, əməliyyatlar başlamamışdan öncə Azərbaycan Rusiya ilə mütəffiqqlik haqqında saziş imzaladı. Baxmayaraq ki, Ukrayna Qarabağ savaşında Azərbaycanın yanında idi, ancaq real heç bir şey etmirdilər. Onlar düşünürdülər ki, onlar Qarabağ savaşında Azərbaycanın yanındadılar və gələcəkdə  Donetsk və Luqansk da Qarabağ savaşı  səviyyəsində olacaq. Təbii ki, bunlar ayrı-ayrı münaqişələr idi, Qarabağ Azərbaycanın torpağıdır, Luqansk və Donetsk isə Ukraynaya Lenin tərəfindən bəxş edilmiş torpaqlardır. İlham Əliyev tamamilə doğru olaraq “Moskva sazişi”ni imzaladı, çünki Azərbaycana güclü dost lazımdır. Güclü dost da Rusiyadır. Rusiya əgər bitərəf qalması idi, Qarabağ müharibəsi zamanı Azərbaycanın vəziyyəti ağır olardı. Ukrayna xalqı bizim dost xalqımızdır. Ona görə də, biz onlara bu gün yardım edirik”.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …