Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / Ukrayna İstanbul razılaşmasından çıxıb, danışıqlar dalana dirənib – Putin

Ukrayna İstanbul razılaşmasından çıxıb, danışıqlar dalana dirənib – Putin

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə İstanbul danışıqlarında irəli sürülən razılaşmaların baş tutmadığını bildirib.

Prezident bu görüşdən sonra Rusiyanın Buça provakasiyası ilə üzləşdiyini bildirib.
Ukrayna İstanbul razılaşmasından geri çəkilib. Hazırda danışıqlar məsələsi çıxılmaz dalana dirənib.”Ukrayna ilə razılığa gəlinmişdi ki, onların təhlükəsizliyə zəmanət tələbləri Krım, Donbass, Sevastopol ərazisi üçün nəzərdə tutulmayacaq.
Sonradan gördünüz ki, biz danışıqlar prosesinin davam etməsi üçün hərəkət planı hazırladıq. Lakin əvəzində Buça hadisələri ilə üzləşdik.
İndi İstanbul razılaşması yoxdur. Ukraynanın təhlükəsizliyə zəmanət istəyi ayrı, Krım, Donbass məsələsi isə ayrıca danışıqlar mövzusu olacaq. Biz yenidən hamımız üçün çıxılmaz olan dalana dirənmişik” – deyə açıqlamasında bildirib.
Prezident qeyd edib ki, rus hərbi qüvvələrinin Ukraynada hərbi gedişləri ölkənin itkilərinin miqyasından asılı olacaq. “Biz sakit, eyni zamanda ritmik şəkildə davam edəcəyik”.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …