Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Siyasət / Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilir – FOTO

Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilir – FOTO

Bu gün Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbir öncəsi qurultay nümayəndələri və qurultayda iştirak etmək üçün Kiyevə dəvət olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın xalq rəssamı Katib Məmmədovun sərgisinin açılış mərasimində iştirak ediblər.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının əsas qərargahı kimi təklif olunan ofisə baxış keçirilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qonaqları qərargahda yaradılmış şəraitlə yaxından tanış edib.
Görüşdə çıxış edən Komitə sədri Fuad Muradov RAU-nun yaradılmasına və bugünkü tədbirə görə Ukraynadakı diaspor rəhbərlərinə öz təşəkkürünü bildirib. O deyib ki, bu ölkədəki Azərbaycan diasporu istər təşkilatlanma, istərsə də müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diasporlardan biridir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. Hazırlanmış 100 medaldan 100 nömrəlisi Fuad Muradova təqdim olunub.


Həmçinin oxuyun

AXCP üzvlərinin Saatlıda toy qalmaqalı – İcra Hakimiyyətinin müdaxiləsi, ya əks kampaniya…

Artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə aid olan toya yerli …