Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / “Üçüncü Qarabağ müharibəsi olarsa…”—​ Cəmiyyətdə əvvəlki birliyi görmək mümkün olacaqmı?

“Üçüncü Qarabağ müharibəsi olarsa…”—​ Cəmiyyətdə əvvəlki birliyi görmək mümkün olacaqmı?

44 günlük Vətən müharibəsinin yaratdığı psixoloji təsirlər hələ də hiss olunur. Ən böyük təsir isə birlik hissi idi. Yeni şəhid və yaralı əsgər xəbərlərin sonra Üçüncü Qarabağ müharibəsi olarsa, cəmiyyətdə əvvəlki birliyi görmək mümükün olacaqmı? İkinci Qarabağ müharibəsində həmrəylik qalmaqdadırmı?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Azad İsazadə bildirib ki, cəmiyyət vəhdət duyğusunu saxlamaqdadır:

“Sözsüz ki, hamı həyəcan da keçirir, ümumi narahatçılıq var. Məsələn, özüm hazırda Ağdam rayonundayam və əhali ilə işləyirəm. Burda qorxu, həyəcan, “yenə də atmağa başlayacaqlar”, “yenə də köçək” və s. hiss olunmur. Hamı öz işində-gücündədir. 

Başa düşürəm, cəbhə zonası uzaqlaşıb, təhlükə praktiki olaraq sıfıra enib. Ancaq ümumən əhalidə müharibə qorxusu hiss olunmur. Daha çox narahatçılıq var ki, əsgərlərimiz necədir, hansısa mövqeyləri tutub və s. Amma təlaş, vəlvələ yoxdur. Əminəm, əgər sabah yenidən müharibə başlasa, yenə gənclər Vətənə xidmətə, səfərbərliyə hazırdır.

Birlik ruhu əslində, çox şərti bir anlayışdır. Müharibə zamanı birlik hissi var idisə, noyabrın 10-da ümumi rəy yox idi. Bəziləri hesab edirdi ki, müharibəni davam etdirməliyik, digərləri əks-rəyə meyillənirdi. Bir psixoloq kimi deməliyəm ki, tam birlik heç vaxt olmur. Tam birlik də əslində, müsbət hal deyil. Ümumiyyətlə, hansısa qlobal problemə ümumi rəy heç vaxt daimi olmur. Xüsusən, itki olduğu yerdə neytral rəydə daha çox adam olur. Amma yenidən müharibə olacağına ümumən inanmıram. Yaxasını kənara çəkənlərin çox olacağına da. Yox, içimizdə döyüşçü ruhu var”.

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …