Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ucarın Maliyyə şöbəsinin müdirinə ittihamlar

Ucarın Maliyyə şöbəsinin müdirinə ittihamlar

“Ucar rayonunda PMK deyilən bağçada uşaqlar süddən zəhərlənib”.

Bu barədə məlumat rayon sakinlərindən birinin “AzPolitika.info”ya göndərdiyi məktubda öz əksini tapıb. Məktubda iddia edilir ki, bağçaya süd Ucar Maliyyə şöbəsinin müdiri Yusif Bəkirovun şəxsi dükanından verilir.
Daha sonra məlumatda bildirilir ki, Ucar bağçalarının hamısına ərzaq Yusif Bəkirovun Qazax-Bakı yolunun kənarında olan marketindən verilir. Bu zaman ərzağa ayrılan dövlət vəsaitinin cəmi 45 faizi həcmində mal verilir. Köçürülən pulun 55 faizinin isə Yusif Bəkirov tərəfindən mənimsənildiyi iddia olunur: “Bağçalara kəndlərdən kilosu 6 manata alınan ət 9 manata sənədləşdirilir. Dəftər, yazı ləvazimatı, inventar və sair alınması üçün köçürülən vəsaitin də 40 faizi mənimsənilir.”

Məktubda həmçinin iddia olunur ki, Y.Bəkirov Maliyyə Nazirliyinə hər ay külli miqdarda pul verdiyini, arxasının güclü olduğunu iddia edir: “Onun əməllərindən bütün Ucar ağlayır. Sahibkarların “dərisini soyur”. Ucar İcra başçısını da eşitmir”.

Məktubda yazılanlarla bağlı Ucar Maliyyə şöbəsinin müdiri Yusif Bəkirovun da mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın