Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ucar sakini Qubanın icra başçısından prezidentə şikayət etdi

Ucar sakini Qubanın icra başçısından prezidentə şikayət etdi

“Dəyəri 500000 manatdan çox olan 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21000 manata qiymətləndirərək, külli məbləğdə rüşvət alıb Etibar Qasımova satıblar ki, bu da cinayət faktıdır. Bu talançılığa Əmlak Komitəsi ilə əlbir olan Ucar rayonunun keçmiş icra başcısı (hazırda Quba rayonunun icra başçısı) Yaşar Məmmədov rəhbərlik etmişdir”

Redaksiyamıza saxtakarlığa məruz qaldığını iddia edən Ucar rayonunun Qarabörk kənd sakini Əliyeva Kütah Məhəmmədəli qızının prezident cənab İlham Əliyevə ünvanlanlı müraciəti daxil olub. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!
Bir qrup vəzifəli şəxs sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəsini əlimdən almaq istəyir. Bu qanunsuzluğun, özbaşınalığın başında isə Quba rayonunun icra başçısı Yaşar Məmmədov dayanır. 2014-cü il tarixdə Yaşar Məmmədov Ucar rayonunun icra başçısı vəzifəsində işlədiyi zaman maddi marağına görə Əmlak Komitəsi ilə əlbir olub, 60 mənzilli 4 mərtəbəli 3 böyük binanı saxtakarlıqla Etibar Qasımov adlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə, bizim torpağımızı da həmin şəxsə qanunsuz olaraq satıblar. E.Qasımov isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib, üzərində tikinti işləri aparan zaman müəyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşmüşdür. 2014-cü ildən məhkəmələrdə çəkişirik. Bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə olmasına baxmayaraq, hakim İxtiyar Abışov açıq şəkildə deyir, ki, “yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır”.
Qeyd edim ki, 1997-ci ildə Ucar rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanuni torpağımın başqasına satılması cinayət əməlidir. Hansı ki, 3 möhtəşəm çoxmənzilli yeni tikilmiş yaşayış binasının saxtakarlıqla satılması ən ağır bir cinayətdir. Dəyəri 500000 manatdan çox olan 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21000 manata qiymətləndirərək, külli məbləğdə rüşvət alıb Etibar Qasımova satıblar ki, bu da cinayət faktıdır. Bu talançılığa Əmlak Komitəsi ilə əlbir olan Ucar rayonunun keçmiş icra başcısı (hazırda Quba rayonunun icra başçısı) Yaşar Məmmədov rəhbərlik etmişdir.
Möhtərəm cənab Prezident!
Təbii ki, bu saxtakarlıqdan sizin xəbəriniz yoxdur. Odur ki, mətbuat vasitəsilə sizə müraciət edərək məlumat verirəm. Xahiş edirəm, bu məsələ araşdırılsın. Tikintisi yarımçıq qalmış 4 mərtəbəli 60 mənzili 3 böyük binanın 21000 manata saxta sənədlərlə kiməsə satılmasına nə ehtiyac var? Bu binanın tikintisini başa catdırıb ehtiyacı olan gənc ailələrə vermək təqdirəlayiq hal olardı. Lakin icra başçısı Yaşar Məmmədovla Əmlak Komitəsinin işçilərinin tamahına qurban verildi. İndi həmin bina dağıdılıb, tikinti materialları satılıb, ərazisi xarabaya cevrilib.
İndii də bizə məxsus torpağımızı əlimizdən almaq istəyirlər. Vəzifəli şəxslərin məqsədi Etibar Qasımovdan aldıqları külli miqdarda pulu mənimsəmək olub. Hazırda isə bu məsələyə Şirvan İnzibati-İqtisadi Məhkəməsində baxılır. Etibar Qasımov rayonda bütün tanışlarına deyib ki, “artıq məhkəmənin sədri ilə danışıb razılaşmışam, mənim xeyrimə qətnamə çıxaracaq. Dövlət Əmlak Komitəsi də məni müdafiə edir. Hər şey pulun başındadır”. Həqiqətən də belədir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 10 saylı idarəsi Etibar Qasımovu aşıq-aşkar müdafiə edir. Növbəti məhkəmə iclası 17 fevral 2016-ci il tarixə təyin edilib. Bildirirəm ki, bu torpaq bələdiyənin balansına verilib, biz də qanuni şəkildə almışıq. Əgər bu torpaq bələdiyyənin deyildisə, nə ücün bizə satırdı? Nə ücün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti buna dair reyestr cıxarışı verib? Bəs həmin vaxt niyə aşkar edilməyib ki, bu torpaq bələdiyyənin balansıda deyil, dövlətin balansıddır? Məlumdur ki, Azərbaycanda bələdiyyələr 2009-cu il tarixdə yaradılıb. Təbii ki, yeni yaradılmış bələdiyyələrin balansına torpağı dövlət ayırmalıdır və bizə satılan torpağı da Ucar bələdiyyəsindən qanuni qaydada almışam. Əgər həqiqətən də həmin torpaq dövlət mülkiyyətində olsaydı, bu, kadastr planında və digər ölçü sənədlərində göstərilməli idi. Sadəcə olaraq bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, torpaq sahəmizi Etibar Qasımova satıb bizi üz-üzə qoyublar. Bu, cinayət əməlidir. Hakim İxtiyar Abuşov isə sifarişin qarşısında tam acız qalıb, ədalətli qərar çıxarmaq istəmir, bizi süründürür. Lakin ümüdüm sizədir, cənab Prezident! Sizdən kömək istəyirəm. Bu talançılıq faktının araşdırılaraq, günahkar məmurların məsuliyyətə cəlb edilməsini xahiş edirəm”.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın