Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Siyasət / Üç nəfərin yandığı qəzanın görüntüsü… – Video

Üç nəfərin yandığı qəzanın görüntüsü… – Video

Bu gün Zığ yolunda baş verən dəhşətli qəzanın videosu yayılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 3 nəfərin yanaraq öldüyü 10 AX 002 nömrəli “VAZ-2104” markalı avomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər. İlkin ehtimala görə maşının yanmasına benzin çəninin deşilməsi səbəb olub və yanğınsöndürən maşınlar gələnə kimi ətrafda toplanan sürücülərin heç birinin maşınında yanğın əleyhinə maddə olmadığı üçün bir köməklik edə bilməyiblər.

Qeyd edək ki, səhər saatlarında “Kia” markalı 90 VT 097 nömrəli avtomobil10 AX 002 nömrəli “VAZ- 2104” markalı maşını arxadna vurub. Hadisə nəticəsində “07” alışaraq yanıb. Maşında olan sürücü Gülağa Quliyev, sərnişinlər 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu yanaraq ölüblər.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın