Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Üç erməni diversantı verib, Dilqəmlə Şahbazı geri alaq”

“Üç erməni diversantı verib, Dilqəmlə Şahbazı geri alaq”

Xəbər verildiyi kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alberyan əsir götürülüb.

Buna qədər Azərbaycanda 2 erməni diversant – Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. Qurgen Alberyanın saxlanması ilə Azərbaycanda həbsdə saxlanan erməni diversantların sayı 3 oldu.

Qurgenlə “iş” bitəndən sonra 2014-cü ilin iyulundan ermənilərin girovluğunda saxlanılan azərbaycanlılar – Dilqəm Əsgərovu və Şahbaz Quliyevi bu üç erməni ilə dəyişmək mümkün ola bilərmi? Azərbaycan təklif versə nəticəsi olar? Ermənilər bu dəfə nə deyəcək?

Akif Nağı da namizədliyini verəcək

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, mütləq hər bir məqamdan istifadə olunmalıdır. Ermənilərin diversant zabiti Qurgen Alberyan öz ayağı ilə gəlib əlimizə keçib, bu fürsətdən yararlanmalıyıq: “Biz bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin Bakı nümayəndələri ilə görüşmüş, fəaliyyətsizlikləri ilə bağlı narazılığımızı bildirmiş,  təkliflərimizi vermişdik ki, Dilqəmlə Şahbazın heç olmasa 3-cü ölkəyə köçürülməsinə nail olsunlar. Hesab edirik ki, bu diversant zabitin əsir düşməsi erməniləri kifayət qədər istiləndirəcək, Dilqəm və Şahbazın qaytarılmasında əvvəlki tərs erməni mövqeyindən əl çəkəcəklər. Girovların tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və aidiyyəti beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Amma bu məsələ 6 ildir, həllini tapmır”.

Atamı bizdən gizlədirlər"

Kürdoğlu Əsgərov

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə bildirdi ki, BQXK sonuncu dəfə aprelin 20-də atasından məktub gətirib. O vaxtdan bəri Dilqəm Əsgərovdan heç bir məktub gəlməyib. Komitə tərəfindən mütəmadi baş çəkmələr olsa da, təəssüf ki, yeni bir məktub yoxdur: “BQXK artıq 4 ilə yaxındır ki, atamdan nə şəkil, nə video görüntü əldə edib, nə bizə göstərib. İşğalçı Ermənistan həmişə dövlətmizə qarşı təxribatçı addımlar atmaqda davam edir. Avqustun 23-də Goranboyda təxribat törətmək istəyərkən diversiya qrupunun rəhbəri Qurgen Alberyan girov götürülüb. Ümid edirəm ki, bu məsələ atamla Şahbaz Quliyevin ”hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət təsir göstərə bilər. İnanıram ki, gec-tez bu dəyişdirilmə baş tutacaq. Bizim ümidimiz Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevədir”.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb.

 Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib: “BQXK hər iki tərəfin aidiyyəti qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Komitə mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”. Musavat.com

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …