Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Tuyqun Nadirov getdi – Yeni sədrin adı açıqlandı

Tuyqun Nadirov getdi – Yeni sədrin adı açıqlandı

Bu gün Klublar Komitәsinin iclası olub. “Qafqazinfo” xәbәr verir ki, iclasda KK-nin yeni sədrinin adına aydınlıq gәlib.

Komitənin keçmiş sədri, “Xәzәr Lәnkәran”ın vitse-prezidenti Tuyqun Nadirov namizәdliyini geri götürüb. Nadirov bununla bağlı açıqlama verib: “Önәmli olan mәnim sәdr olmağım deyil. Klublar Komitәsindә fәaliyyәtim aktiv olacaq. Amma namizәdliyimi geri götürürәm. Mәnim addımım düzgün addımdır. 9 nәfәrdәn birinә sәs verilәcәk”.

KK-nin yeni sədri isә AZAL-ın vitse-prezidenti Fikrәt Hüseynov olub. Hüseynov yeni sədr olması ilә bağlı fikirlәrini bildirib: “Hәr kәsә tәşәkkür edirәm. Klublar Komitәsinin yaradılması böyük hadisədir. Bura ailә kimi baxıram. Bundan sonra da hәr şey olduğu kimi qalacaq”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın