Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Tutulan icra başçısına rüşvəti kim verib? – Açıqlama

Tutulan icra başçısına rüşvəti kim verib? – Açıqlama

Bu gün Neftçala rayon icra başçısı İsmayıl Vəliyevin həbs olunması ilə bağlı mətbuatda xəbər yayılıb.

Azinforum.az xəbər verir ki, Anews.az-ın yaydığı mılumata görə, icra başçısının həbs olunmasına səbəb həmin rayon üzrə qalib namizəd seçilmiş Sabir Rüstəmxanlının ona rüşvət təklif edərək seçici cəlb etməsi olub.

Məsələ ilə bağlı sayt Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb. Deputat bildirib ki, bu yalan məlumatdır.

“Mən seçki müddətində onunla bir-iki dəfə üzr yerində görüşmüşük. Xalq onsuzda mənə səs verib, mən nəyə görə rüşvət verməliyəm?. Belə bir xəbəri məni istəmiyən adamlar verə bilər” – deyə Sabir Rüstəmxanlı qeyd edib.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …