Ana səhifə / Siyasət / Türkmə­nis­tan hə­lə in­di Om­budsman tə­sis edir, Qa­za­xıs­tan BMT TŞ-yə tə­zə üzv olur, Azər­bay­can isə…

Türkmə­nis­tan hə­lə in­di Om­budsman tə­sis edir, Qa­za­xıs­tan BMT TŞ-yə tə­zə üzv olur, Azər­bay­can isə…

“Yal­nız bu pa­ra­metrlər de­yil, di­gər fərqli sa­hə­lər­də də Azər­bay­can MDB öl­kə­lə­ri ara­sın­da ön­də ge­dir”

Meh­man Mu­rad­lı: “Bu, ey­ni za­man­da, bey­nəl­xalq qu­rum­la­rın Azər­bay­ca­na gös­tər­di­yi ma­ra­ğın və qar­şı­lıq­lı hör­mə­tin əla­mə­ti sa­yı­la bi­lər”

Bu gün­lər­də MDB öl­kə­lə­ri ilə bağ­lı ya­yı­lan iki mə­lu­mat xü­su­si­lə diq­qə­ti cəlb et­di. Hə­min mə­lu­mat­lar­dan bi­rin­də bil­di­ri­lir­di ki, Qa­za­xıs­tan BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-da­i­mi üz­vü ki­mi fə­a­liy­yə­tə baş­la­yıb.

Qa­za­xıs­tan 2017-2018-ci il­lər­də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-da­i­mi üz­vü ola­caq. Ar­tıq BMT Təh­lü­kə­siz­lik Şu­ra­sın­da Qa­za­xıs­ta­nın bay­ra­ğı ası­lıb, Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın za­lın­da­kı sto­la “Qa­za­xıs­tan” löv­hə­si qo­yu­lub. Bu­nun­la da Qa­za­xıs­tan Mər­kə­zi Asi­ya öl­kə­lə­ri sı­ra­sın­da BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-da­i­mi üz­vü olan ilk öl­kə olub.

Qeyd edək ki, Qa­za­xıs­tan BMT Baş As­samble­ya­sı­nın 28 iyun 2016-cı il ta­rix­də ke­çi­ri­lən ic­la­sın­da BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın 2017-2018-ci il­lər üçün qey­ri-da­i­mi üz­vü se­çi­lib.

Di­gər mə­lu­mat­da isə bil­di­ri­lir­di ki, Türkmə­nis­tan­da in­san haq­la­rı üz­rə mü­və­kil­lik funksi­ya­sı­nı hə­ya­ta ke­çi­rən Om­budsman insti­tu­tu fə­a­liy­yə­tə baş­la­yıb.

Bu öl­kə­lər­lə mü­qa­yi­sə­də Azər­bay­ca­nın qeyd olu­nan is­ti­qa­mət­lər­də on­la­rı qa­baq­la­ma­sı öl­kə­mi­zin uğur­lu in­ki­şa­fı­nın gös­tə­ri­ci­si­dir.

Hü­quq­şü­nas Meh­man Mu­rad­lı qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Azər­bay­can üzə­ri­nə dü­şən bey­nəl­xalq öh­də­lik­lə­ri la­yi­qin­cə ye­ri­nə ye­ti­rən öl­kə­lər­dən­dir:

“Bu­nu konkret faktla­ra əsas­la­na­raq de­yə bi­lə­rik. Bu ya­xın­lar­da Av­ro­pa İn­san Haq­la­rı Məh­kə­mə­si­nin səd­ri me­di­a­ya açıq­la­ma­sın­da bil­dir­di ki, Azər­bay­can üzə­ri­nə dü­şən öh­də­lik­lə­ri la­yi­qin­cə ye­ri­nə ye­ti­rir. Hət­ta bu və­ziy­yə­ti di­gər öl­kə­lə­rə ör­nək ki­mi də gös­tər­di. Om­budsman insti­tu­tu da öl­kə­miz­də MDB res­pub­li­ka­la­rı ara­sın­da ilk ya­ra­nıb. 2001-ci il­dən bu tə­si­sat fə­a­liy­yət­də­dir.

Qa­za­xıs­tan ki­fa­yət qə­dər bö­yük və zən­gin öl­kə­lər sı­ra­sı­na aid­dir, an­caq gö­rün­dü­yü ki­mi, on­lar in­di BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-da­i­mi üz­vü se­çi­lə bi­lib. Mü­qa­yi­sə üçün de­yim ki, Azər­bay­can nə­in­ki hə­min qu­ru­mun qey­ri-da­i­mi üz­vü olub, hət­ta ora sədrlik də edib. Bü­tün bun­lar öl­kə­miz­də in­san haq­la­rı­nın la­zı­mi şə­kil­də qo­run­du­ğu­na və dip­lo­ma­ti­ya­mı­zın yax­şı fə­a­liy­yət gös­tər­di­yi­nə sü­but sa­yı­la bi­lər. Yal­nız bu pa­ra­metrlər de­yil, di­gər fərqli sa­hə­lər­də də Azər­bay­can MDB öl­kə­lə­ri ara­sın­da ön­də ge­dir. Bu, ey­ni za­man­da, bey­nəl­xalq qu­rum­la­rın Azər­bay­ca­na gös­tər­di­yi ma­ra­ğın və qar­şı­lıq­lı hör­mə­tin əla­mə­ti sa­yı­la bi­lər”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın