Ana səhifə / Siyasət / Türkiyənin kəşfiyyat generalının Bakı səfərinin pərdəarxası

Türkiyənin kəşfiyyat generalının Bakı səfərinin pərdəarxası

Aprelin 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi,  dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisinin Bakıya səfərinin rəsmi açıqlanan məqsədinə diqqət yetirdikdə bu səfərin nə qədər önəmli olduğu aydın olur. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi prosesinin sürətlənməsi üçün bu səfərin ciddi əhəmiyyəti var: “Belə görünür ki, tərəflər bu prosesin sürətlənməsinin zəruri olduğu qənaətinə gəliblər. Bəllidir ki, Azərbaycan Rusiya modelindən imtina edərək, mini-Türkiyə ordusu tipində ordu qurmaq kursu götürüb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də ötən il bir neçə dəfə bəyan edib. İlham Əliyev söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin modeli Azərbaycan üçün ən məqbul olandır.

Bu proses müxtəlif istiqamətlərdə həyata keçirilir. Ortaq təlimlərdən tutmuş, ordunun, Müdafiə Nazirliyi sisteminin idarəetmə mexanizminə qədər dəyişiklikləri əhatə edir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır”.

Baş Qərargah rəisi Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb

Ekspertin sözlərinə görə, artıq Azərbaycan Ordusu tam olmasa da, xeyli dərəcədə Türkiyə ordusu modelinə keçib. Ali Baş Komandan tərəfindən yeni ştat təsdiq olunub. Baş Qərargahın yeni strukturu təsdiq olunub: “Xeyli işlər görülüb. Azərbaycan Ordusu NATO ordusu tipli modern orduya sahibdir. Bu iş davamlı aparılır. Azərbaycanla Türkiyə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Hər iki ölkənin liderlərinin birgə qarşıya qoyduğu tələblər var ki, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Şuşa Bəyannaməsi də bunu deməyə əsas verir. Bütün qoşun növləri üzrə, həm quru qoşunları, həm hava hücumundan müdafiə sistemləri, həm digər qoşun növlərinin birgə hərbi təlimləri keçirilir. Bu hərbi təlimlərdə çox yüksək nəticələr əldə edilib və edilir. Türkiyə ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusu da öz peşəkarlığını ilbəil artırır. Vətən müharibəsi də bir daha bunu sübut etdi ki, ordumuzun böyük təcrübəsi var. Bu təcrübənin əldə edilməsində Türkiyə ordusu ilə birgə keçirilən təlimlərin müstəsna əhəmiyyəti var. Qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Cənab Prezident İlham Əliyev qarşıya tələb qoyub və bu tələbə uyğun olaraq ordumuz Türkiyə ordusu modelinə keçir. Ona görə də qısa zamanda buna tam nail olunacaq. General Rafet Dalkıranın səfəri bu istiqamətdə işlərin sürətlənəcəyini deməyə əsas verir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəd tam reallaşdırılacaq”.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …