Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / Turkiyəli iş adamından Anar Məmmədova XƏBƏRDARLIQ…

Turkiyəli iş adamından Anar Məmmədova XƏBƏRDARLIQ…

“GARANT HOLDİNG” MMC-yə
 “FLAME” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNƏ
Ali Yeter
Kalkaner Havuz Mühendislik Ticarət  Şirkəti
( Kalkaner Havuz Mühendislik İnşaat Taah. Tic. Ali Yeter, ünvan: Türkiyə, Antaliya,  Muratpaşa, Etiler meh.,  838, sokak  No: 6, daire 15, kat 5)  tərəfindən
                                      XƏBƏRDARLIQ
Sizə xəbərdarlıq edir və diqqətinizə çatdırırıq ki, sizin sifarişinizlə tərəfimizdən görülmüş işlərlə bağlı (Quba rayonunda turizm mərkəzi – Quba Rixos Hotel Azerbaycan otel və turizm mərkəzi layihəsi üzrə) Kalkaner Havuz Mühəndislik Şirkətinə 360 966   EUR (üç yüz altmış min doqquz yüz altmış altı) avro məbləğində borcunuz ( kreditor borcunuz)  mövcuddur və siz bu borcunuzu ödəməkdən uzun müddətdir ki, yayınırsınız. Borcunuzu 2015-ci ildən etiraf edərək  qısa zamanda ödəyəcəğinizə dair  öhdəlik götürməyinizə baxmayaraq borcunuzu ödəmirsiniz. Sizinlə dəfələrlə keçirdiyimiz görüş və müzakirələrdə hər dəfə borcunuzu qəbul edir və qısa vaxt ərazində ödəyəcəyinizi bildirisiniz, sözlər və vədlər verməyinizə baxmayaraq borcunuzun ödənilməsini təmin etmək üçün heç bir əməli iş görmürsünüz.  Eyvazov Ceyhun Əhməd oğlu və “Flame” MMC Garant Holding nzədində fəaliyyət göstərir. “Garant Holding” MMC-nin rəhbəri Anar bəy, icraci direktor Xəyal bəy ilə dəfələrlə görüşlərimiz olmuş və onlar hər dəfə ödənişin qısa zamanda həyata keçiriləcəyini bildirmişlər. Lakin indiyə kimi borc ödənilməmişdir.
Buna görə də borcunuzu dərhal və təxirəsalmadan ödəməyiniz Sizdən tələb olunur.
Ali Yeter Kalkaner Havuz Mühendislik Ticarət  Şirkəti
Kalkaner Havuz Mühendislik İnşaat Taah. Tic. Ali Yeter, ünvan: Türkiyə, Antaliya,  Muratpaşa, Etiler meh.,  838, sokak  No: 6, daire 15, kat 5)

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın