Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Türkiyədən Qarabağdakı `seçki`lərə etiraz – Bəyanat
Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-01-16 21:04:14Z | http://piczard.com | http://codecarvings.com

Türkiyədən Qarabağdakı `seçki`lərə etiraz – Bəyanat

Türkiyənin Xarici İşlər Nazirliyi mayın 3-də işğal olunmuşDağlıq Qarabağ ərazisində qondarma rejimin keçirəcəyi “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib.

AzVision.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, bu seçki münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüsdür.

Bəyanatda deyilir:

-Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində parlament seçkiləri keçiriləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək”.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …

Bir cavab yazın