Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Türkiyədə seçki öncəsi vəziyyət necədir – ŞƏRH

Türkiyədə seçki öncəsi vəziyyət necədir – ŞƏRH

“Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində çox gümanki hakim Ədalət və İnkişaf partiyası ilə Milliyyətçi Hərəkat partiyası koalissiyası bir çox bələdiyyələrdə uğur qazanacaq”.

Bunu Sputnik Azərbaycan-a Türkiyədə seçki öncəsi vəziyyət haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ancaq bununla belə müxalifət partiyaları da bu seçkidə böyük şəhərlərdə qalibiyyət uğrunda mübarizə aparacaqlar: “Ancaq bütün hallarda düşünürəm ki, indiki hakim partiyanın böyük şəhərlərdə qələbə qazanmaq şansları çoxdur. Yeganə İzmir ola bilər ki, orada Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi qələbə qazansın”.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.

Həmçinin oxuyun

“Fransa həllin deyil, problemin bir parçasıdır” – Hulusi Akar

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz olmalıdır. Bu barədə Türkiyənin Milli Müdafiə naziri …