Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Türkiyədə bayrağımızla bağlı qalmaqal – Tanınmış milyarder əsəbiləşdi

Türkiyədə bayrağımızla bağlı qalmaqal – Tanınmış milyarder əsəbiləşdi

Türkiyənin Bodrum şəhərində Azərbaycanla bağlı xoşagəlməz durum yaşanıb.

Yenicag.az xəbər verir ki, bu, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmarina” istirahət mərkəzi ilə bağlıdır.

Məsələ burasındadır ki, sözügedən məkan Mənsimovun nəzarətində olduğu vaxtlar istirahət mərkəzinin girişinə Azərbaycan bayrağı ilə bəzədilmiş paytaxtımız Bakının loqosu həkk olunmuşdu. Lakin, 2015-ci ildə “Palmali” şirkətlər qrupunun prezidenti Bodrum Yalıkavakda tikdirdiyi, şəhərin incisi sayılan “Palmarina”nı “Edition” hoteli ilə birlikdə paket şəklində Rusiyada yaşayan iş adamı, “Lukoil”in prezidenti Vahid Ələkbərova (gizli ortaqları ilə birlikdə) satıb. Bundan sonra azərbaycanlılar tərəfindən işlədilən məkanın önündəki bayrağımızla bəzədilmiş loqo sökülüb. Bu isə Mənsimovun ciddi qəzəbinə səbəb olub. Bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edən “Palmali”nin şefi etirazını “Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm” yazmaqla bildirib. Bundan başqa o, bayrağımızın yalnız ermənilərin gözünə “girə” biləcəyini qeyd edib.

Qeyd edək ki, Mənsimov “Palmarina”nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb. Mübariz bəy isə məhz buna görə sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən “Palmarina”nın sahibi olacaq. Məlumatı Türkiyə mətbuatına açıqlamasında Mənsimovun özü də təsdiqləyib.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın