Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Siyasət / Türkiyədə 330 jurnalistin “sarı kart”ı ləğv edildi

Türkiyədə 330 jurnalistin “sarı kart”ı ləğv edildi

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra daha 296 jurnalistin “sarı kart”ı ləğv edilib.

“Report” xəbər verir ki, onlardan 74 nəfəri müstəqil mətbuat orqanlarının əməkdaşlarıdır.

Bununla da ölkədə “sarı kart”ı ləğv edilən jurnalistlərin sayı 330 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsi (BYEGM) iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra jurnalistlərin “sarı kart”larının araşdırılmasına başlayıb. Nəticədə “Meydan” qəzetindən 14, “Samanyolu TV”dən 2, “Irmak TV”dən 3, “Can Erzincan TV”dən 8, “Samanyolu Haber TV”dən 2, “Radyo Mehtap”dan 1, “Taraf” qəzetindən və “Nokta” dərgisindən 4 nəfər olmaqla 34 jurnalistin “sarı kart”ı ləğv edilib.

Həmçinin oxuyun

Deputat Şeyxi müdafiə etdi: “İranın Azərbaycan barədə mövqeyi həmişə müsbət olub”

“Şeyx həzrətləri hər zaman bütün məsələlərdə sinəsini qabağa verib, Azərbaycana dəstək olub. Bir kəlmə ilə …

Bir cavab yazın