Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / Türkiyə və Rusiya Qarabağla bağlı xüsusi razılaşma imzalayacaq

Türkiyə və Rusiya Qarabağla bağlı xüsusi razılaşma imzalayacaq

Rusiya və Türkiyə Müdafiə Nazirlikləri 10 noyabr tarixində Dağlıq Qarabağda atəşkəsə riayət etmək üçün birgə monitorinq mərkəzi yaratmaqla bağlı xüsusi razılaşma imzalayacaq.

Bu barədə “İnterfaks” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Monitorinq mərkəzinin işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə bəyanatının beşinci bəndi ilə tənzimlənir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Türkiyənin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda birgə fəaliyyət göstərəcəyini bəyan edib.

Həmçinin oxuyun

David Babayanın Rusiyaya səfəri ilə bağlı səfirlikdən AÇIQLAMA

“David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır”. Bu barədə  Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir. “Özünü …