Bazar , Yanvar 16 2022
Ana səhifə / Siyasət / Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq prosesinə başladı

Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq prosesinə başladı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara və İrəvan münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəklər. Nazir bunu ölkə parlamentindəki çıxışında deyib.

“Biz münasibətlərin normallaşması üçün bütün addımları yalnız Azərbaycanla birlikdə atacağıq”, – Türkiyənin xarici işlər naziri bildirib.

Çavuşoğlu İstanbul və İrəvan arasında çarter reyslərinin bərpa olunduğunu da açıqlayıb.

Həmçinin oxuyun

Düşmənin öz başında çatlayan təxribatı – TƏHLİL

Ötən ilin sonlarında Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra iki ölkənin …