Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Türkiyə televiziyaları Rusiyanın Ermənistanı müharibəyə hazırlamasına dair reportaj yayımladı (VİDEO)

Türkiyə televiziyaları Rusiyanın Ermənistanı müharibəyə hazırlamasına dair reportaj yayımladı (VİDEO)

“Azərbaycan-Türkiyə münasibətlərinin daha sıx olmasından rahatsız olan Rusiya Ermənistanı müharibəyə hazırlayır”. 
Bu fikirlər Türkiyənin “Haber Global” və “TRT WORLD” telekanallarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda yayımladığı reportajda səsləndirilib. 
Reportajda Rusiyanın Ermənistana son 25 gün ərzində 500 tondan çox silah göndərildiyi, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə atəşkəsi pozması və bu fonda Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri, ölkəsinin Ermənistana silah satması barədə iddiaları qəbul etməməsindən söz açılır. 
Şoyqunun Rusiyadan Ermənistana “İl-76” təyyarələri vasitəsilə yalnız inşaat materialları daşındığını deməsi türkiyəli müxbirdə şübhələr doğurur. 
Digər reportajda isə erməni hərbçilərinin mütəmadi olaraq Azərbaycan kəndlərini aramsız atəşə tutması, dinc əhalinin qorxu, səksəkə içərisində yaşaması və s. əks olunur. 
Hər iki süjeti təqdim edirik:

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …