Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Siyasət / Türkiyə səfiri Şuşa Bəyannaməsindən danışdı: “Bizim üçün bir təlimatdır”

Türkiyə səfiri Şuşa Bəyannaməsindən danışdı: “Bizim üçün bir təlimatdır”

Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır. Bu bəyanat Türkiyə və Azərbaycan əlaqələrinin hər bir sahədə genişləndirilməsi və dərinləşdirilməsidir. 

Bunu “Trend”ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənir.

“Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır və hər birimiz bu təlimata uyğun fəalliyyət göstəririk”, – deyə səfir bildirib.

O qeyd edib ki, 30 illik bir acının arxasınca Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu.

Həmçinin oxuyun

Parisi “yandıran” Azərbaycandır, yoxsa?…

Heç kimə sirr deyil ki, Azərbaycanın xarici siyasətində ölkəmizin maraqları üçün ən ziyanlı hadisələrdən biri …