Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Türkiyə MN: “Azərbaycanın ədalətli mübarizəsinə sonra da dəstək verməyə hazırıq”

Türkiyə MN: “Azərbaycanın ədalətli mübarizəsinə sonra da dəstək verməyə hazırıq”

Dağlıq Qarabağda atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına hazırlıqlar tam sürətlə davam edir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.
Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər.
“Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə sonra da Azərbaycan xalqının ədalətli mübarizəsinə dəstək verməyə hazırdır”, – Aktop bildirib.

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …