Şənbə , Fevral 27 2021
Ana səhifə / Siyasət / Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağ bağlı toplantı keçirəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağ bağlı toplantı keçirəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu il ilk dəfə keçirilən toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində həm Rusiya, həm də Türkiyədən 60 hərbçi təmsil olunacaq. Onlar pilotsuz uçuş aparatı vasitəsilə atəşkəsə nəzarət edəcəklər.

Həmçinin oxuyun

“Revanşistlər də 10 noyabr sazişindən çıxmayacaqlar”

“Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri …