Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Türkiyə millət vəkili Liviya əvəzinə Qarabağa qoşun göndərməyə çağırdı

Türkiyə millət vəkili Liviya əvəzinə Qarabağa qoşun göndərməyə çağırdı

Xəbər verildiyi kimi Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat qətnamənin əleyhinə çıxıb.

Liviyada davam etməkdə olan vətəndaş müharibəsində Türkiyə Fayez Saracın başçılıq etdiyi və BMT-nin tanıdığı Milli barışıq hökumətini dəstəkləyir. Lakin Liviyanın bir hissəsinə nəzarət edən feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu paytaxt Tripolini tutmaq üçün bir ilə yaxındır döyüşlər aparır. Haftarın ordusunu Rusiya və Misir dəstəkləyir.

Türkiyə indiyə qədər Fayez Saracın hökumətinə bağlı qüvvələrə, silah-sursat, pilotsuz təyyarələr və hərbi təlimatçılar göndərməklə dəstək verib. İndi isə Türkiyə ordusunun Liviyaya göndərilməsinin yolu açılıb. Gözlənilir ki, birinci mərhələdə Türkiyə suriyalı ərəblərdən ibarət muzdlu dəstələrini Liviyaya göndərəcək.

Türkiyənin Liviyaya hərbi qüvvələr göndərməsinə dair müzakirələrdə CHP və İYİ partiyadan olan millət vəkilləri bu qərarın əleyhinə çıxıb. İYİ partiyadan olan millət vəkili Aytun Çıray müzakirələrdə söz alaraq deyib: “Sayın cümhurbaşqanı “dəvət edildiyimiz yerə gedərik” dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Haydı, qalxın, əvvəlcə gedək o torpaqları azad edək. Reallıqlar və maraqlar var. “Barış Pınarı” hərəkatını dəstəklədik, nə oldu?  İrəliləyən türk ordusunu bir tvit-lə dayandırdınız. Əhali indi sual edəcək, Liviyada nə işimiz var deyə. Yeni problemlərə ehtiyac varmı? Şərqi Ağdənizdə bu qədər problem var ikən ordunun gücünü niyə ikiyə bölürsünüz? Məsum şəhit qanlarında boğulmayın”.

AKP-dən olan millət vəkilləri isə Çırayın bu çıxışını qınayıblar. Virtualaz.org

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …