Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / “Türkiyə “mən də varam” deməlidir” – Deputatlardan qardaş ölkəyə DƏSTƏK

“Türkiyə “mən də varam” deməlidir” – Deputatlardan qardaş ölkəyə DƏSTƏK

Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi Türk Silahlı Qüvvələrinin Liviyaya daxil olmasına icazə verən qanunu qəbul edib.

Türkiyə bu addımı ilə Liviya hökumətinə dəstək verəcək. Belə ki, Liviyada müxalif general Haftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Türk ordusu isə Liviyaya daxil olarsa, müxalif generalın qanuni hökuməti devirməsinə imkan verməyəcək.

Qeyd edək ki, qardaş ölkənin bu qərarı Azərbaycanda da müzakirəyə səbəb olub.

Modern.az məsələ ilə bağlı beşinci çağırış Milli Məclisin deputatlarının fikirlərini öyrənib.

Deputat Məlahət İbrahimqızı bildirib ki, bu, qardaş Türkiyənin siyasətinin prioritetləridir:

“Biz də Türkiyə ilə strateji əməkdaş dövlətik. Bütün strateji əməkdaş olduğumuz dövlətlərin, eləcə də qardaş Türkiyənin qərarlarına hörmətlə yanaşırıq.Hər bir dövlətin özünün xarici və daxili siyasətinin  pirioritetləri var. Qardaş Türkiyənin də xarici siyasətinin pirioritetidir və hər bir dövlət öz təhlükəsizlik konfeksiyasında müəyyən önəmli,  vacib məsələləri önə çəkir. Türkiyə Parlamenti də belə bir qərar qəbul edibsə, biz də qardaş Türkiyəmizin qərarlarına hörmətlə yanaşırıq. Hər halda qocaman bir dövlət, 600 ildən artıq Osmanlı imperatorluğu olmuş, minilliklərlə dövlətçilik tarixi olan dövlətin düşünülmüş bir siyasəti olar. Əgər Parlamentdə də çoxluq buna səs veribsə,  yəqin ki, bu vacibdir. Hesab edirəm ki, belə bir qərarın qəbul olunması Türkiyənin mənafeyinə, xüsusilə, də xarici siyasətindəki mənafeyinə uyğundur”.

Deputat Aqil Abbas da Türkiyə parlamentinin qərarını dəstəkləyib:

“Amerikadan, Avropadan müxtəlif dövlətlər Suriyaya, İraqa, yaxud Liviyaya qoşun göndərə bilər, Türkiyə niyə Liviyaya qoşun göndərə bilməz ki?  Təbii ki, Liviya da öz təhlükəsizliyini gözləməlidir. BMT-nin tanıdığı ölkə Türkiyədən kömək istəyirsə və o, köməyə getməsə, deməli , dövlət deyil. Mən bu məsələdə Türkiyəyə haqq qazandırıram.

Amma başqa bir tərəfi də var. “İYİ” Partiyadan Altın Çıray bir söz dedi ki, Azərbaycanın 20 faiz torpağını ermənilər işğal edib. Ora niyə kömək etmirsiniz?  Bu da ayrı bir məsələdir. Türkiyə hegemon dövlət olduğu üçün varlığını sübut etməlidir və Ərdoğanı bu məsələdə dəstəkləyirəm.  Amma Suriyadakı kimi səhv nəticələr də ola bilər. Hər halda Türkiyə “mən də varam” deməlidir”.

Deputat Rasim Musabəyov isə bildirib ki, hələlik bu qərar Liviyaya girmək barədə deyil:

“Parlament hökumətə Liviyaya lazım bildiyi halda qoşun göndərməyə razılıq verib. Ancaq Türkiyə hökuməti elan edib ki, Haftar Tripolidən öz qüvvələrini geri çəkdiyi halda, oraya qoşun göndərməyə ehtiyac qalmayacaq. Bu müəyyən mənada primitiv bir qərardır. Nəzərə alaq ki, Haftara indi həm Rusiya tərəfdən qeyri-rəsmi hərbçilər, həm də Sudandan 5 minə yaxın muzdlu göndərilib. Türkiyə hələlik bunların hamısını neytrallaşdırmaq üçün ora qoşun göndərir”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …