Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / TÜRKİYƏ KƏŞFİYYATI BAKIDA ƏMƏLİYYAT KEÇİRDİ – FETO-çular yaxaland

TÜRKİYƏ KƏŞFİYYATI BAKIDA ƏMƏLİYYAT KEÇİRDİ – FETO-çular yaxaland

Fətullah Gülənin terror təşkilatının (FETO)  tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb. Virtualaz.org “Anadolu” agentliyinə istinadla xəbər verir ki, beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər.

Mənbə qeyd edir ki, Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar.

Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib.
Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub.

 

Həmçinin oxuyun

“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” – Putin

“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, …