Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Siyasət / Türkiyə hərbçiləri “S-400”-dən istifadəni öyrənmək üçün Azərbaycanda təlim keçəcəklər

Türkiyə hərbçiləri “S-400”-dən istifadəni öyrənmək üçün Azərbaycanda təlim keçəcəklər

Türkiyə hərbçiləri Rusiyadan alınacaq “S-400” zenit raket komplekslərinin istifadə qaydalarını öyrənmək üçün Azərbaycanda təlim keçəcəklər.

ONA-nın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti mənbəyə istinadən yazıb. Məlumata əsasən, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargah təlimlərdə iştirak edəcək 100 əməkdaşın seçimini aparır. Bildirilir ki, Azərbaycan tərəfinin dəvəti əsasında “S-400” kompleksləri ilə bağlı Rusiyada kursa qatılacaq hərbçilər əvvəlcə Azərbaycanda “S-300” üzərində təlim görəcəklər.

Hərbçilərin Azərbaycandan Rusiyaya yay aylarında gedəcəyi gözlənilir. Onlar 2020-ci ilin yanvarında Türkiyəyə qayıdacaq və Ankarada digər hərbçilərə təlim keçəcəklər.

Qeyd edək ki, tən il dekabrın 29-da rəsmi Moskva və Ankara “S-400” zenit raket kompleksinin tədarükü ilə bağlı kredit sazişi imzalayıb.

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …