Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Türkeşin 40 il əvvəl yazdığı məktub üzə çıxdı

Türkeşin 40 il əvvəl yazdığı məktub üzə çıxdı

Türkiyədəki ülkücü (milliyətçi – red.) partiyalar arasında yeni çaxnaşma yaranıb.

Zafer Partiyasının sədri Ümit Özdağ MHP-nin (Milliyətçi Hərəkat Partiyası – red.) qurucusu Alparslan Türkeşin 1983-cü ildə həbsdə olarkən yazdığı məktubu ictimaiyyətə təqdim edib.

Türkeş məktubunda həmin dönəmlərdə partiya fəallarından biri olan, hazırda isə MHP-yə rəhbərlik edən Devlet Bahçelinin “MİT agenti” olduğunu və ülkücülərin ondan uzaq dayanmalı olduğunu bildirib.

Qeyd edək ki, həmin dövrlərdə Baş nazir Bülent Ecevit MİT (Milli Kəşfiyyat İdarəsi – red.) barəsində “NATO-nun Gladio qolu” deyə bəhs edirdi.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …