Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Türk tələbələr Rusiyadan qovuldu

Türk tələbələr Rusiyadan qovuldu

Rusiyanın Milli Nüvə Tədqiqatları Universiteti burada təhsil alan bir neçə türk tələbəni qovub.

Avropa.info xəbər verir ki, FTX tələbələrin öz yazılarında terrorçuluğu dəstəklədiyini yazdığını iddia edib. Bu haqda Rusiyada türk tələbələrin assosiasiyasının sədri Okan Yıldız bildirib.

Onun dediyinə görə, polis və FTX əməkdaşları yataqxanada axtarış aparıblar. Narkotik axtarırdılar. Yıldız deyib ki, tələbələri “terrorçuluğa” dəstək verməkdə ittiham etmək əsassızdır.

Axtarışla Voronej və Saratovda da aparılıb. Voronejdə də türk tələbələri universitetdən qovublar, Saratovda isə axtarış üçün şəhər kənarına aparıblar.

Voronej Yüksək Texnologiyalar İnstitutundan da təsdiq ediblər ki, Türkiyə vətəndaşı 9 tələbə universitetdən çıxarılıb. Universitetdən bunu “akademik və maliyyə borcları” ilə əsaslandırıblar.

Xatırladaq ki, keçən həftə Rusiya Təhsil Nazirliyi söz vermişdi ki, Türkiyədən olan tələbələrin heç bir problemi çıxmayacaq.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın