Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Siyasət / Türk şirkətləri Cahangir Əsgərova “yox” dedi

Türk şirkətləri Cahangir Əsgərova “yox” dedi

Türkiyənin aşağı büdcəli aviasiya reysləri (“lou-kost”) təşkili ilə məşğul olan aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək təklifini nəzərdən keçirməkdən imtina ediblər.

Bunu “Trend”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) şirkətinin vitse-prezidenti Arif Məmmədov deyib.

A.Məmmədovun sözlərinə görə, AZAL Türkiyənin “Pegasus” şirkətinə Qəbələ və Lənkərana “lou-kost” uçuşları həyata keçirməyə başlamağı təklif etmişdi.

“Türkiyə şirkəti bu təklifimizi nəzərdən keçirməyə başlamışdı. Lakin “Pegasus” şirkəti bu məsələ üzrə danışıqları dayandırdı. Səbəb odur ki, “Türk Hava Yolları” Naxçıvan və Gəncəyə aviareyslər təşkil edir. Görünür, “Pegasus” şirkəti bu uçuşların onlarda alınmayacağını anladı.

Daha bir türk loukosteri – “Atlas Jet” şirkəti də Azərbaycana uçuşlar təşkil etmək imkanlarını öyrənirdi. Lakin bu şirkət də bizimlə danışıqları dayandırıb. Bizsə öz növbəmizdə Azərbaycana aviareyslər təşkil etmək istəyən hər bir şirkətə doğru addım atmağa hazırıq” – deyə A.Məmmədov bildirib.

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın