Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Türk jurnalistdən Bakı-2015 açıqlaması 

Türk jurnalistdən Bakı-2015 açıqlaması 

“Bu qısqanclığın görünən nəticəsidir ki, onların qaralama kampaniyaları, gözdənsalma planları ard-arda gəlir”.

 

Bu sözləri Türkiyənin “Kanal 33” TV kanalının layihə rəhbəri və aparıcısı Bərgüzar ŞənayAxar.az-a Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Xanım jurnalist bildirib ki, Azərbaycanın bu başarısı Türkiyəyə hədsiz sevinc yaşadır:

 

“Uzaq məsafələrin yaxınlaşdığı bu soyuq zamanda qardaş ölkə Azərbaycandan gələn isti xəbərlər bizə qürur və sevinc yaşadır. Məhz qardaş Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının hazırlıq təlaşı Türkiyəyə qədər gəlib çıxıb. Qardaşımızla qürur duyuruq. Görürük ki, cənab prezidentiniz İlham Əliyev Azərbaycanın aydın gələcəyi, işıqlı sabahı və davamlı uğurlu yaşamı üçün əlindən gələni edir. İnkişaf etmiş, güclü Avropanın qarşısında dik durur. Dünya qardaş ölkələr olan Azərbaycan və Türkiyənin birliyi, bərabərliyi və həmrəyliyi səhnəsinə həsəd aparır, bu qardaşlığın formulunu öyrənməyə çalışır. Dünya uğurlarımızı qısqanır. Bu qısqanclığın görünən nəticəsidir ki, onların qaralama kampaniyaları, gözdənsalma planları ardarda gəlir. Amma diləyirəm ki, Azərbaycan bu kimi hallara görə həvəsdən düşməsin, uğura doğru inadla addımlasın.

 

Bu məqamda bildirmək istəyirəm ki, biz hələ də möhtəşəm 17-ci Akdeniz Oyunlarının izlərini daşıyırıq. Həmin böyük tədbirdə Türkiyənin Mersin şəhəri 24 ölkəyə ev sahibliyi edərək təşkilatçılığı ilə diqqət çəkmişdi. Xarici ölkələrin mediasında aparılan gözdənsalma kampaniyaları nəticəsində bu fövqəladə uğur basqılara məruz qalsa da, istənilən halda o başarının sevincini, qürurunu yaşadıq.

Qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda təşkil olunan bu dəbdəbəli və görülməyə, baxılmağa dəyər, bir-birindən özəl qonaqların iştirak edəcəyi, dünyaya örnək Avropa Oyunları günləri bizim də uğur günümüz olacaq. Buna heç şübhə etmirəm. Türkiyə jurnalistləri olaraq qardaş ölkənin uğurunun geniş şəkildə işıqlandırılması üçün əlimizdən gələni edəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq. Uğurunuz uğurumuzdur”.

Həmçinin oxuyun

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa …

Bir cavab yazın