Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / “Türk hərbçilər sülhməramlıların hərəkətlərinə nəzarət edəcək” – Arif Paşa

“Türk hərbçilər sülhməramlıların hərəkətlərinə nəzarət edəcək” – Arif Paşa

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 29 dekabrda Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda atəşkəs elan edilib, Rusiya sülhməramlı missiyası oradadır, birgə müşahidə mərkəzi də qurulur: “Məqsədimiz davamlı sülhə və sabitliyə nail olmaqdır. Elə bir nəticə görmək istəyirik ki, gələcəkdə orada sülhməramlı missiyalara ehtiyac qalmasın”.

Görüşdən sonra Türkiyə birgə Monitorinq Mərkəzinə dair bəzi rəqəmlər də açıqladı. Mərkəzin binası hazır olan kimi, Türkiyənin 1 generaldan, 35 zabitdən ibarət heyəti Ağdamda yerləşəcək. Türk ordusunun istehkamçı hissələri bundan əvvəl Azərbaycana gəlib və fəaliyyətdədir. Onların konkret vəzifələri  nə olacaq, ya da ola bilər? Rusiya sülhməramlılarının mandatı, narahatlıq doğuran, kənara çıxılan davranışları burada tənzimlənəcəkmi? 

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

Keçmiş Laçın alayının komandiri Arif Paşa bildirdi ki, Müşahidə Mərkəzinin işinin konkret nələrdən ibarət olacağı tam bəlli olduqdan sonra bu barədə dəqiq fikir ifadə etmək mümkündür. İndiki vəziyyətdə belə görünür ki, rus sülhməramlılar sülhməramlı misisyasını deyil, ermənilərin ərazidə möhkəmlənməsinə kömək missiyasını həyata keçirməklə məşğuldurlar: “Rusiya sülhməramlılarının fəaliyyətindən, açıq görünür ki, artıq Türkiyə də narahat və narazıdır. Mövlud Çavuşoğlunun ”Elə bir nəticə görmək istəyirik ki, gələcəkdə orada sülhməramlı missiyalara ehtiyac qalmasın” bəyanatı da bundan xəbər verir. Mövlud Çavuşoğlu həm də bu bəyanatla dolayısı ilə demək istəyir ki, sülhməramlılar Azərbaycan ərazisindən çıxmalıdır, onlara ehtiyac yoxdur. Türkiyənin Müşahidə Məntəqəsində yerləşən hərbçiləri onlara veriləcək səlahiyyətlər çərçivəsində yəqin ki, çalışacaqlar Rusiya sülhməramlılarının missiyasından kənara çıxan hərəkətlərini qeydə alsınlar və qarşısının alınması üçün müvafiq addımlar atsınlar. Ancaq bununla 2000-ə yaxın rus hərbçisinin hər birini nəzarətdə saxlamaq mümkün olmaz”.

A.Paşa hesab edir ki, Azərbaycan 10 noyabrdan indiyədək  rus sülhməramlılarının fəaliyyətinə dair açıqlama da verməlidir. Onun qənaətincə, rus sülhməramlılarının fəaliyyəti yerinə yetirməli olduqları missiyanın hüdudlarını aşır. Müsavat.com

Həmçinin oxuyun

“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” – Hikmət Hacıyev

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 …